Şeirlər

Sevinc Nuruqızı. Nəzakətli qız

Kimsə söz soruşanda

“Bəli”, “Xeyir” deyirəm.

Kiməsə toxunanda

Tez üzr istəyirəm.

Səhv edəndə “bağışla”

Deməyi bacarıram.

Çətinliyə düşənə

Köməyi bacarıram.

Nəzakətlə danışıb

Nəzakətlə dinirəm.

Bu sehrli sözləri

Artıq əzbər bilirəm.