Bu maraqlıdır!

Qolfstrim nədir

Qolfstrim okean sularındakı ən məşhur axındır. Lakin bu axın o qədər əzəmətlidir ki, həcm etibarıyla, yer üzündəki bütün çayların suyundan daha çox su axıdır.


Qolfstrim şimal istiqamətində, Birləşmiş Ştatlar sahilləri boyunca hərəkət edərək, Atlantik okeanın şimal hissəsindən keçməklə, Avropanın şimal-qərb sahillərinə yetişir. Qolfstrim cərəyanında suyun rəngi parlaq-göydür və içindən ötdüyü okeanın yaşılımtıl və boz sularından çox ciddi şəkildə fərqlənir.


O, öz səfərinə Atlantik okeanında, ekvator yaxınlığında başlayır. Suyun səthində onun hərəkəti, yaxud “dreyfi”qərb istiqamətində olur. Ona görə də Qolfstrim əvvəl Cənubi Amerikadan Qəraib dənizinə sarı yönəlir. Yalnız orada, şimala burulub Birləşmiş Ştatların şərq sahilləri boyunca axanda, artıq Qolfstrim adını alır.


Qolfstrim dünyanın isti hissəsində yarandığına görə onun suları nisbətən istidir. Nəhəng isti su kütləsinin gəlişi bir çox regionların iqliminə əhəmiyyətli dərəcədə təsir göstərir.


Qolfstrim cərəyanına görə Parisin və Londonun qışı, onlardan daha cənubda yerləşən Labradorun cənub hissəsinin qışından daha istidir. Küləklər Qolfstrim üzərindən keçərkən ilıq və rütubətli olur.


Belə küləklər, məsələn, Nyufaundləndə yaxınlaşanda sıx duman yaradır. Nyufaundlənd rayonundakı Böyük Banka adlanan nahiyədəki məşhur dumanlıq da elə buradan əmələ gəlir.


Qolfstrim Şimali Amerika qışına Avropadakı qədər təsir göstərmir,  çünki buradakı küləklər Avropa istiqamətində əsir.