Şeirlər

İlham İhami. Hesablayın bu işi

Elmədin Elmailə
Bir-bir verdi kişmişi,
Saydı, bu bir, bu iki
Bu üç, bu dörd, bu beşi…


Elmail kişmişləri
Bir-bir ağzına atdı,
Yediyi kişmişlərin
Sayı qırxbeşə çatdı.


Elamin də payından
Elmailə pay Verdi,
Əvvəl otuz, sonra dörd,
Bir də ki, beş say verdi.


Bu uşaqlar yedilər
Üç yüz sayda kişmişi.
Hər kəs neçə say yedi?
Hesablayın bu işi…