Bu maraqlıdır!

Yeni kəşf edilmiş yosun növü - Su pərisi

Yaşıl yosun növü olan Assetabulyariya, yaxud da "Su pərisinin qədəhi" böyük birhüceyrəli orqanizmlərdən biridir.

 

Yeni bitki növü, 2019-cu ildə Andaman adalarında, Hindistanlı bioloqlar tərəfindən kəşf edilmişdir. Lakin Acetabularia Jalakanyakae-nin DNT-sini öyənmək və laboratoriyadakı digər nümunələrlə müqayisə etmək, elmə məlum olan heç bir növə aid olmadığını araşdırmaq üçün, alimlər 18 aydan çox vaxt sərf etdilər. Eyni zamanda alimlər yeni kəşf edilən bitkinin nəsli kəsilmək ərəfəsində ola biləcəyindən qorxurlar. Bunun səbəbi isə qlobal iqlim dəyişikliyidir.

 

Yeni kəşf edilmiş yosun - Acetabularia Jalakanyakae adlandırıldı. Jalakanyakae "su pərisi" və ya "okeanların ilahəsi" mənasını verən sanskrit sözüdür. Acetabularia növünün ana qrupu sehrli quruluşuna görə "Su pərisinin qədəhi" kimi də tanınır.

 

Bu qrupa aid olan orqanizmlər 0,5-10 santimetr ölçülərinə baxmayaraq, yalnız bir nəhəng hüceyrədən ibarətdir. Bitkinin əsas xüsusiyyəti nüvəli bir nəhəng hüceyrədən ibarət olmasıdır.

 

Bitki, mərkəzdə birləşən, toxumalı xətləri olan yuvarlaq yaşıl yarpağa bənzər bir quruluşa malikdir. Öz formasına görə yosunlar “çətirə” bənzəyir.

 

Andaman və Nikobar adaları dünyanın son sağlam mərcan qayalarına ev sahibliyi edir. Onların ətrafında yosunların da yaşadığı zəngin ekosistem formalaşmışdır. Lakin istiləşmə və daha turşulu dəniz suyu mərcanları təhdid edir və bir çox növlərin yox olmasına gətirib çıxara bilər, ekspertlər xəbərdarlıq edir.