Şeirlər

Ələmdar Quluzadə. Dilimi dişləyirəm

- Denən ki, yaşıl düzdə
Çobanla çoban qızı
Yunlu quzu otarır,
Qoyun-quzu otarır.

 


- Çobanın quzu qızı,
Yunlu çobanın qızı
Yaşıl düzü otarır,
Qoyun-quzu otarır.

 


- Denən ki, almaları
Almağına almışam,
Amma almasatanı
Almada aldatmışam.



- Denən ki, Daşkəsəndə
Daşyonan işləyirəm.

“Daş” deyə bilmirəm ha,
Dilimi dişləyirəm.