Şeirlər

Zahid Xəlil. Ağ göbələk

Göbələk, ay göbələk,

Ay, ağ-appaq göbələk. 

Kol dibində bitirsən,

Elə bil ki çətirsən.

 

Dağlarda qar əriyib

Qarışanda sellərə,

Çimib yaz yağışında

Səpələn bu çöllərə.

 

 

 

Gizlənmə uşaqlardan, 

Qoy, hər an görək səni.

Səbətlərə doldurub

Evə gətirək səni.