Nağıllar, hekayələr

Mixail Zoşenko. Ağıllı Jako

Sabah ayın biridir. Vüqarın 6 yaşı olacaq. Atası sevimli oğlu üçün sürpriz hazırlamışdı.

 

Səhər açıldı. Vüqar yuxudan oyandı. Yatağının yanında bəzəkli bir qutu vardı. O, tez qutunu açdı. Qutunun içində sirk tamaşası üçün bilet var idi. Vüqar çox sevindi. Valideynlərinə təşəkkür etmək üçün otaqdan çıxdı.

 

Vüqar səbirsizliklə axşamı gözləyirdi. Nəhayət, vaxtdır. Bir saatdan sonra o, ailəsi ilə birlikdə tamaşa zalında idi. Əvvəlcə səhnəyə kloun çıxdı. Yanında balaca bir meymunu var idi. O hər şeyi anlayıb başa düşürdü. Oyunbaz ona saymağı öyrətmişdi. Meymun nəinki saymağı bacarır, hətta quyruğu ilə istənilən rəqəmi göstərə də bilirdi.

 

Kloun fil balasını meymuna göstərib dedi:

 

- Ey, Jako, bir de görüm, burada neçə fil var?


Meymun ətrafa boylanıb filə diqqətlə baxdı və dərhal quyruğunu qaldırıb elə əydi ki, lap bir rəqəminə oxşadı.

 

Sonra kloun rəngli topları göstərib soruşdu:

 

- Jako, bəs burada neçə top var?


Jako klounun əlindəki toplara baxıb quyruğu ilə 6 rəqəmini göstərdi. Tamaşaçılar onu həvəslə alqışladılar.

 

Vüqar maraqlı sürpriz üçün atasına təşəkkür etdi.