Təbiət

Akvalanqlı kərtənkələ: Su anolisi

Su anolisi (Anolis aquaticus) təxminən 6-7 santimetr ölçüdə olan, orta ölçülü sürünən heyvandır. Mərkəzi Amerika, Kosta Rika və Panamada yayılıb. Bu kərtənkələnin özəlliyi - yırtıcılar yaxınlaşdıqda, dayaz suya dalması və təhlükə aradan qalxana qədər suyun dibində gizləməsidir.

 

Bingemton Universitetinin ekoloqu Lindsi Sverk və onun komandası 2015-ci ildə Kosta-Rika cəngəlliklərində bu kərtənkələləri müşahidə edərək, akvalanqlı kərtənkələnin 16 dəqiqəyə qədər su altında qala bildiyini aşkar ediblər. İki il sonra tədqiqatçı sualtı videokameradan istifadə edərək su anolislərini müşahidə etməyə davam edib. Onlar müəyyən ediblər ki, kərtənkələlər suyun altında olanda, vaxtaşırı hava ilə şişirilmiş dəri torbası peyda olur. Müşahidəçilərin fikrincə, kərtənkələ məhz bu torbanın köməkliyi ilə nəfəs alır.

 

Sverk deyir: "Bütün bu müddət ərzində kərtənkələ, bəlkə də başında olan dəri kisənin (torbanın) köməkliyi ilə nəfəs alır".

 

Belə bir özəl orqana sahib olması, su anolislərinin həmişə yırtıcıdan tez qaça bilmədiyi üçün ortaya çıxıb.

 

“Biz bu fenomeni hələ yaxşı öyrənməmişik və buna görə də bizim üçün çox maraqlıdır. Düşünürəm ki, anolislərin baş və boğazında havanı tutan “ciblər” var və hava “kisəsi”nin görünməsi onların arasında hava mübadiləsini təmin edir. Bəlkə də, kərtənkələlər karbon qazından xilas olmaq üçün hava kisəsindən istifadə edir" deyə Sverk izah edir.