Bu maraqlıdır!

Kaşa-Katuve qayalıqları

Kaşa-Katuve qayalıqları - Nyu-Meksiko ştatında (ABŞ), Santa Fe şəhərindən 60 km cənub-qərbdə, dəniz səviyyəsindən 1730-1950 m yüksəklikdə yerləşir. Bu qayalıqları həmçinin “Çadır qayaları” da adlandırırlar. Kaşa-Katuve öz adını yerləşdiyi ərazidən alıb və tərcümədə "Ağ Qayalar" kimi səslənir. Bu qeyri adi forma təbiət tərəfindən təxminən 6-7 milyon il əvvəl yaradılıb. Vulkan külü, eroziya və aşınma belə qeyri-adi çadır dağlarının yaranmasına səbəb olub. Kaşa-Katuve Payarito yaylasında yerləşir.

 

Ərazi Bill Klinton tərəfindən 2001-ci ilin yanvarında Milli Abidə statusu alıb.  Qayalar məhz uzun müddət eroziyaya məruz qalmış vulkanik külünün çökməsi səbəbindən belə qeyri-adi forma alıb. Külək və suyun daim təsiri dağları eroziyaya uğradaraq bu formaya gətirib çıxarıb.

 

Çadır qayaları forma baxımından tamamilə eyni görünsələr də, hündürlükləri çox fərqlidir - bir neçə metrdən 30 metrə qədər hündürlüyə malikdir.

 

Ərazinin özünəməxsus çox maraqlı, müxtəlif flora və faunası var. Qayaların ətrafı müxətlif kollarla - dovşan kolu, səhra kalendulası ilə əhatə olunub. Hər fəsildə səmada müxtəlif quşlar- şahinlər, müşgül, qızıl qartallar, qaranquşlar uçur. Qayalığın ətrafında bitən sarı şam ağacları və ardıc kolları bir çox heyvanların sığınacağıdır. Burada sığın, maral, vəhşi hinduşka, burunduk, dovşan və sünbülqıran görmək mümkündür.

 

Kaşa Katuve alpinistlər üçün ideal yerdir. Bundan əlavə, parkda turistlər üçün manqal masaları və piknik yerləri təşkil edilib.