Şeirlər

Xanımana Əlibəyli. Qış

Yenə qışdır, uşaqlar,
Bayırda bərk şaxta var.
Sular  büllur kimidir,
Narın - narın yağır qar.

 

 

Qonaq gəlir təzə il,

Qardan paltarı çil - çil.

Yollar , çöllər, evlər ağ,

Nə gözəldir bu fəsil!