Xəbərlər

Şamaxı şəhəri bayram ab-havasına bürünüb

Yeni il münasibətilə Şamaxının küçə və prospektlərində al-əlvan bayram atributları quraşdırılıb.

 

AZƏRTAC xəbər verir ki, şəhərin girişində, yeni salınmış dairəvi yolun ətrafında, parklarda müasir işıqlandırma sistemlərindən istifadə edilməklə Yeni il atributları quraşdırılıb, əyləncə qurğuları isə bayrama uyğun bəzədilib. Bayram ab-havası yaradan küknar ağacları, bəzəkli çil-çıraqlar xüsusən gecə saatlarında rayon sakinləri ilə yanaşı, Şamaxıya səfər edən qonaqların da marağına səbəb olur.