Nağıllar, hekayələr

Yeni il arzusu

Nənəm həmişə deyir ki, Yeni il gecəsi nə arzu etsən, o da alınacaq. Axşam yatmazdan əvvəl, fikirləşdim ki, niyə bizdə yeni il gecəsində qar olmur.

 

Səhər durub pəncərəyə baxıb sevindim, çünki hər tərəf ağ-appaq idi.

 

— Ana, ana, bir bax, hər tərəf qardı! – tez anamı çağırıb sevindim, — Olar mən dostlarım ilə həyətdə qar-topu oynayım?

 

Anam alnımdan öpüb dedi ki, — Tez dur, əl-üzünü yu, səhər yeməyini ye, və dostların ilə get.

 

Mən yatağımı yığışdırdım, bütün işləri yerinə salandan sonra, sinif yoldaşıma zəng vurdum. O dedi ki, artıq başqa dostlarımız ilə də zəngləşiblər və indi həyətə gedirlər.

 

Mən isti geyindim, əlcəyimi götürüb getdim.

 

Həyətdə başqa uşaqlar yekə qaradamı eləmişdilər, biz də oynamağa başladıq.

 

Bax belə, mənim yeni ildə arzum yerinə yetdi.