Şeirlər

Hüseyn Arif. Anamı incitmirəm

Çox mehribandır anam,

Mən də sözə baxanam.

Gəlirəm "gəl" deyəndə,

"Getmə!" desə, getmirəm.

Bunu hamı bilir ki,

Anamı incitmirəm.

Çəksə də  hər qayğımı,

O əsla çəkməyir qəm.

Axı heç vaxt, heç zaman

Anamı icitmirəm.