Nağıllar, hekayələr

Əli Səmədov. Balıq Ayaz

Balaca Ayaza babasının adını qoymuşdular. O da babası kimi qəhrəman olmaq istəyirdi. Amma əksinə oldu.

 

Yayda Ayaz kəndə nənəsigilə qonaq getmişdi. Bir gün Ayaz evlərinin yanındakı, gölməçədən balaca bir balıq tutdu. Nənəsinin" məsləhəti ilə onu bankaya saldı. Qonşusu Nuru gəldi. Onlar balığa tamaşa etməyə başladılar. Ertəsi gün balıq öldü.

 

Ayaz uşaqları başına toplayıb danışmağa başladı:

 

— Balıq çox böyük idi. Ola bilsin balina nəslindən idi. Çox çətinliklə evə aparmışdım.

 

Birdən Ayazın dostu Nuru da gəldi. Ayaz heç nə demədən evlərinə qaçdı. Nuru əhvalatı uşaqlara danışdı.

 

Həmin gündən hamı Ayazı “Balıq Ayaz” çağırırdı.