Şeirlər

Ələmdar Quluzadə. Günahım olan zaman

Qonşuların bağını
Talayır, talançıdı.
Əli yalandan deyir,
Ələddin yalançıdı.

 

Alma oğurlayanda
Ona yoldaş olmuram.
Oğurluq etdiyimi
Mən boynuma almıram.

 

Günahım olan zaman
Elə bil qara daşam.
Məgər dilim tərpənir
Durub yalan danışam.