Bu maraqlıdır!

Eni santimetrlə ölçülən dar ev

Polşa memarı Yakub Şensnı tərəfindən layihələndirilən dar ev “Sentrala” şirkəti tərəfindən tikilib.

 

“Keret” adlanan evin eni ən dar yerində cəmi 92 santimetr, ən geniş yerində isə 152 santimetrdir.

 

Ev normal yaşamaq üçün hər bir şəraitə malikdir. Dəmir konstruksiya iki mərtəbəli olmaqla, bir yataq otağı, mətbəx, hamam və qonaq otağından ibarətdir.

 

Ev ilk kirayəçisi olan israilli yazıçı və kinorejissor Etqar Keretin şərəfinə adlandırılıb.