Şeirlər

Rəsul Rza. Turac

Bu quş bizim turacdır,
Dənlənir, yəqin, acdır.
Uçan vaxtı pırhapır
Qanadları səs salır.
Döşündə ağ xallar var
Qara ata turacın.
Turacın düşmənidir
Ley,qırğı, tərlan, laçın.