Bu maraqlıdır!

Pinokyo haqqında kədərli, lakin maraqlı hekayə

2001-ci ildə bir qrup Amerikalı arxeoloq və italyan həmkarları Florensiya və Pizanın yaxınlığında qazıntı işləri aparırdılar. Kilsə qəbirsanlığından keçərkən məşhur nağılçı Karlo Kollodinin (əsl soyadı daş üzərində həkk olunmuşdur- Lorenzini) məzarını aşkar etdilər.

 

Qəbir daşında onun məhz Karlo Kollodi təxəllüsü ilə tanınan və dünyaca məşhur “Pinokyonun macəraları” nağılının müəllifi olduğu qeyd edilmişdir.


Yazıçının məzarı başında kədərlə dayanan arxeoloqlar daha sonra yollarına davam etmək istədikdə arxeoloqlardan biri yaxınlıqdakı bir məzar daşını görüb dedi: Baxın, nə gülməli təsadüfdür, Kollodinin yanında Pinokyo dəfn edilib! ... Məzar daşını üzərində “Pinocchio Sanchez, 1790-1834” yazılmışdır.


Düşünülmuş Pinokyo həqiqətən də yaşayıb, yoxda qəribə bir təsadüfdür? Elm adamları bu tapmacanın yanından keçə bilmədilər. Belə çıxır ki, məşhur nağıl personajının  əsl prototipi var imiş? 


Bu tapmaca arxeoloqlar üçün o qədər maraqlı və vacib göründü ki, onlar əsas işlərini bir kənara qoyub, bunun üzərində araşdırma aparmağa başladılar. Ancaq yapışacaq bir ip yox idi...Onlar ya faydasız axtarışı dayandırmalı, ya da Sançesi eksumasiya etmək üçün İtaliya hakimiyyətindən icazə almalı idilər. İcazə alındı.


Meyit qəbirdən çıxarılaraq ekspertizadan keçirildi. Amerikalıların intuisiyası onları yanıltmadı. Məlum oldu ki, taxta nağıl personajının prototipi yarıya qədər məhz taxtadan imiş. Belə ki, ayaqların yerinə taxta protezlər, burnun yerində isə taxta əlavə var idi. Köhnəlmiş protezlərdən birinin üzərində usta Karlo Bestulcinin baş hərfləri yazılmışdı. Bununla belə, ən məşhur İtalyan qəhrəmanlarından birinin tarixinin başa düşülən izahına hələ çox yol var idi. Araşdırma davam etdi. Araşdırmaçılar Pinokyo haqqında kilsə qeydlərini tapmağa müvafiq oldular. Bu ipi çəkərək, tədqiqatçılar taxta adamın iddia edilən prototipinin tarixini yenidən qura bildilər.


Məlum oldu ki, Pinokyo qısa boylu bir cırtdan olub. Lakin bu, Sançezin 15 il xidmət etdiyi orduya çağırılmasına mane olmayıb. Qısa boya sahib olmaq Pinokyonu əsgərin gündəlik həyatının çətinliklərindən azad etməyib. Bir dəfə dağlarda məşqlər zamanı, digər döyüşçülər maneələrin üstündən asanlıqla tullanarkən, qısaayaqlı Sançes uçurumdan yıxılıb, iki ayağını sındırıb və burnunu əzib. Pinokyo sağ qalıb, lakin hər iki ayağını itirib. Burnu isə taxta əlavə ilə əvəz olunub. Möhtəşəm usta Karlo Bestulci protezlər düzəldərək onu daha da taxtalaşdırıb.


Sançez ordudan qayıdandan sonra qohumlarından heç kim qalmamışdı. Pinokyo protezlərdən məharətlə istifadə etməyi öyrənsə də, işləyə bilmədi. Pinokyo aclıqla mübarizə aparırdı. Arada mərhəmətli qonşular ona yemək verirdilər.


Belə davam edə bilməyəcəyini anlayan Sançez bir gün bazara gedir və tacirlərdən yardım istəyir. Köşklərdən birinin sahibi görür və anlayır ki, bu cırtdan onun işlərində çox faydalı olacaq. Köşk sahibi Pinokyoya tapşırıq verir ki, əgər bir neçə sadə fəndləri mənimsəsə, onu daimi iş ilə təmin edəcək. Pinokyo onunla razılaşır. O vaxtdan bəri o, yarmarkalarda və köşklərdə çıxış edir və ölənə qədər daha ac qalmır.


Qısa adamın ölümü isə ciddi xəstəlik nəticəsində deyil, ehtiyatslıq nəticəsində baş verir. Sançez hiylələrindən birini yerinə yetirərkən ciddi səhvə yol verərək qəzaya uğrayır və həyatını itirir.


Pinokyodan bəhs edən başqa heç bir sənəd tapılmayıb.


Daha sonra tədqiqatçılar Karlo Lorenzini-Kollodinin şəxsiyyətinə daha yaxından baxmaq qərarına gəliblər. 4 Noyabr 1826-cı ildə İtaliyanın Floransa şəhərində Karlo Lorenzini adlı bir oğlan dünyaya gəlib. Ailədə on uşaq olublar. Karlonun valideynləri varlı Florensiyalıların evində - atası aşpaz, anası qulluqçu işləyib. Valideynləri çox çalışıblar, çünki on uşağı dolandırmalı idilər. Valideynləri böyük oğlu Karlonu markizlərin ödədiyi ilahiyyat seminariyasına oxumağa göndərib. Bu təhsil müəssisəsini bitirdikdən sonra gənc Karlo keşiş olmaq istəməyib. Qəzet və jurnallar üçün məqalə və hekayələr yazmağa başlayıb. Bununla pul qazana biləcəyini anlayanda öz satirik jurnalını nəşr etdirib.


1850-ci ildə o, rəyləri çox bəyənilməyən bir roman nəşr edib. Tənqidçilərin artıq uzun müddət onun soyadına qarşı allergiyası olacağını anlayan Lorenzini “Kollodi” təxəllüsü almağa qərar verib. Bu təxəllüsü o, anasının doğulduğu kəndin adından götürüb.


Populyarlıq Karloya 1856-cı ildə, onun “Buxar” romanı çapdan çıxdıqdan sonra gəlib. Lakin dünya şöhrətini ona "Pinokyonun macəraları" nağılı qazandırıb.


Karlo Kollodi Florensiyada vəfat edib. Bu kədərli hadisə 1890-cı il oktyabrın 26-da baş verib. Yazıçı San Miniato al Monte kilsəsindəki qəbiristanlıqda dəfn edilib. Məhz orada amerikalı arxeoloqlar hekayəmizin əvvəlində bəhs edilən iki məzarı tapmağa nail olublar.
Amerikalılar Kollodinin həyat və yaradıcılığını hərtərəfli öyrənməyə başlayıblar. Ondan sonra qalan əlyazmaları, məktubları və digər kağızları araşdırmağa başlayıblar. Lakin Pinokyonun özü ilə, heç olmasa, müəlllif ilə onun tanışlığına dair heç bir işarə tapılmayıb. Alimlər yazıçının nəslini axtarmağa qərar versələr də, heç bir nəticə əldə edə bilməyiblər.


Bir dəfə yerli qəzetin müxbiri oteldə amerikalıların yanına gəlib, cibindən məktub çıxarıb oxuyur:


“Mən Karlo Lorenzininin nəslindənəm. Bizim ailədə məktubları məhv etmək adət deyil, çünki biz onları əsl sənədli tarix hesab edirik. Kollodinin ailəmə göndərdiyi bütün məktublar qorunub saxlanılıb.”


Təəssüf ki, arxeoloqlara  lazım olan məktubdan yalnız saralmış bir fraqment qalmışdı, lakin oxumaq mümkün idi, orada yazılmışdı:


“... Əziz əmioğlu, sən məndən yaxın planlarım haqqında soruşursan. Son mesajımda sizə bu bədbəxt və çox cəsarətli insan - Pinokyo Sançez haqqında danışdım. Mən həqiqətən bu barədə yazmaq istəyirəm. Əvvəlcə ciddi bir roman yaratmağı düşündüm, amma nədənsə uşaqlar üçün nağıl yaratmağa başladım. Niyə nağıl?... mən özüm başa düşə bilmirəm. Axı Pinokyonun həyatı nağıllardakı kimi deyil, faciəli idi. Bu, nə ilə nəticələnəcək, bilmirəm ... "


Məktubu təhlil etdilər və həqiqətən də şəxsən Karlo Kollodiyə aid olduğu sübut edildi. Kağız parçasının üzərində Kolloninn qolu çəkilmişdi. İndi heç kimin şübhəsi yox idi: bəli, doğrudan da, həyatı çətinliklərlə dolu Pinokyo Sançez-  planetimizin ən məşhur ədəbi qəhrəmanlarından biri olan “Pinokyo”nun prototipidir.