Şeirlər

İsmayıl İmanzadə. Lövhə

Şimşək çaxdı,elə bil

Göylər alışdı yandı.

Sal qayalar titrədi,

Buludlar çalxalandı.

İslandı bircə anda

Çəmən-çiçək,dağ-dərə.

Gölləndikcə damlalar,

Səs düşdü gədiklərə.

Anlar ötdü… yer üzü

Boyananda təzədən

Günəşin işığına,

Döndü ana təbiət

Əlvan göy qurşağına.