Şeirlər

Bəxtiyar Vahabzadə. Biz vətənçün doğulduq

Vətənin arxasında

Biz həmişə dağ olduq.

Vətən bizimçün deyil,

Biz Vətənçün doğulduq.

 

Toxunmasın bu yurda

Bir an düşmən nəfəsi.

Gəlsin minarələrdən

"Allahu-Əkbər" səsi.

 

 

 

Vətən adlı ocağa

Hər gün isinmək gərək.

Bu torpağın yolunda

Torpağa dönmək gərək!!!