Tofiq Mütəllibov. Söz sizinkidir
Xumar tənəffüs vaxtı
Koridorda gəzərkən,
Təzə qırmızı rəngli
Bir qələm tapdı yerdən
Qələmi axtarırdı
Bu zaman bir kiçik qız.
Xumar əsla dinmədi,
Baxdı çox etinasız.
Söylədi öz-özünə:
- Qələmi versəm əgər,
Onda bütün uşaqlar
Məni oğru bilərlər.
Nə itərsə, məktəbdə
Yapışarlar yaxamdan.
Bu sirri heç kəsə mən
Bildirmərəm heç zaman.
İndi söz sizinkidir,
Cavab verin uşaqlar:
Deyin, düzmü düşünür
Bizim məktəbli Xumar?
21.01.2022