Təbiət

Hindistan tamarindası

Hindistan tamarindası (lat. Tamarindus indica) və ya “Hindistan xurması” - paxlalılar fəsiləsinə aid bitki növüdür. Əsasən tropik meşələrinə xas bir bitkidir. Meyvə, demək olar ki, bütün tropik bölgələrdə becərilir. Vətəni - Şərqi Afrikadır, xüsusilə də Tunis, o cümlədən Madaqaskarın quru yarpaqlı meşələrində də bitir. XVI-cı əsrdə hind xurmasının toxumu dənizçilər tərəfindən Asiya, Meksika və Cənubi Amerikaya gətirilərək bu bölgələrdə də yetişdirilmişdir.


Tropik ağac bir neçə metr, hətta 25-30 metr hündürlüyə belə çata bilər. Gövdəsinin diametri 7-8 m-dir. 3 santimetr enində və 20 santimetr uzunluğunda olan kakao rəngli qabıqlı meyvələrə sahibdir. İncə və çox kövrək qabığın altında uzunsov toxumları olan tünd qəhvəyi ləti var.

Hindistan xurmasının ərik, gavalı və alma mürəbbəsinin dadını xatırladan xoş şirin-turş dadlı ləti qidalara əlavə olaraq istifadə olunur. Qabığı bıçaqla kəsilərək yarıya bölünür və yüngül təzyiqdən sonra meyvəsinin ləti asanlıqla çıxarılır. Tamarind souslara, ədviyyatlara, ət yeməklərinə, qızardılmış tərəvəzlərə və qarnirlərə əlavə olunur. Meyvənin ləti qurudulmuş və şəkərli formada da yeyilə bilər. Kokteyllərin, meyvə salatlarının və dessert yeməklərinin hazırlanmasında da istifadə edilir. 

 

Faydalı meyvədir. Tərkibində yüksək miqdarda lif, zülal və karbohidratlar var.  Həmçinin, meyvə kalium, fosfor, maqnezium, natrium, B, E, K, C vitaminləri ilə zəngindir. Allergik reaksiyalara meylli insanlar tamarindi ehtiyatla istifadə etməlidirlər!


Tamarind meyvələrində qida maddələrinin yüksək olması səbəbindən, onu yemək orqanizmə çox faydalı təsir göstərir: immunitet sisteminin gücləndirir, kalsium və fosforun yüksək tərkibinə görə saçların, dişlərin və sümüklərin vəziyyətinin yaxşılaşdırır, qocalma prosesini yavaşladır və dərinin vəziyyətini yaxşılaşdırır.


Tamarind antifungal və antibakterial xüsusiyyətlərə malikdir. Soyuqdəymə və qızdırmaya qarşı istifadə olunur: qan təzyiqini azaldır və ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır.