Şeirlər

Mina Rəşid. Mənim adım İradə

Mənim adım İradə
Çox ağıllı qızam mən.
Nənəmin ilk nəvəsi
Ətirli bir yazam mən.


Bapbalaca olsam da
Anam mənə dərs deyir.
Mən “A” hərfi deyəndə
Evdə hamı sevinir.


Atamın bir dənəsi
Parlaq günəşiyəm mən.
Babam gəlib görəcək
Daha böyümüşəm mən.