Musiqi

Bizim diyar

Musiqi: Dmitri Kabalevski
Söz: Anatoli Prişelts
Tərcümə: Əjdər Ağayev

 

 

 

I

 

Çinarlar qatar-qatardır,
Torpağında, ey Vətən.
Ürəklərin sevincisən,
Harda var belə məskən?! 

 

Nəqərat:


Dəniz bir yan, bir yan dağdır,
Çoxludur meşələrin...
Nə genişsən, nə sonsuzsan
Günəşlidir səhərin. 

 

II

 

Şəfəqdənmi don geyinib,
Hər tərəf, hara baxsan.
Yamyaşılsan, gül-çiçəksən,
Bəzənmisən al-əlvan. 

 

Nəqərat:


Bahardan da baharlısan,
Hər gün çiçəklənirsən.
Yaşayırıq, yaradırıq,
Səndə, ey ana Vətən!