Şeirlər

İsmayıl İmanzadə. Gicitkən

Bitir çay qırağında,

Bağda,yaşıl talada.

Yüz dərdin dərmanıdır,

Düşür hər zaman yada.

Balaca yarpaqları,

Nəmnazik gövdəsi var.

Ancaq nə «boy-buxunu»,

Nə də ki,kölgəsi var.

Günəşin şüasına

Nişan verməz yerini.

Toxunanda dalayır

Adamın əllərini…