Şeirlər

Sevinc Nuruqızı. Qara pişik

Ay pişik, qara pişik,

Yol gedir hara pişik.

Qaçma önümdən pişik

Hara dönüm mən pişik.

Keçmə yolum düz olsun

Gecə yox, gündüz olsun.

Get siçanı ovla sən

Ağ siçanı tovla sən.

Ya da get gir əhəngə

Tez boyan sən ağ rəngə.

Ay pişik, qara pişik

Gedirsən hara pişik?