Şeirlər

Rafiq Yusifoğlu. Bakı

Sən Xəzər sahilində
Ulu, qədim şəhərsən.
Bütün Azərbaycana
Nur çiləyən səhərsən.


 
Sənə elə yaraşır
Xoşbəxt anlar, toy-düyün!
Qoynunda qol-boyundur
Sanki keçmişlə bu gün.


 

 

Hər ağacın, hər kolun
Gecələr işıq verir.
Təzə körpülər, evlər
Sənə yaraşıq verir.


 
Sən Odlar diyarının
Paytaxtısan – Bakısan
Sən bütün şəhərlərin
Müqəddəsi, pakısan.