Şarların köməyi
Səbinə müəllim sinfə çoxlu şar gətirmişdi. Şarları uşaqlara payladı. Səidə tez soruşdu:
- Müəllim, biz bunlarla nə edəcəyik?
Müəllim onun sözünə cavab vermədən uşaqlardan şarların üstünə öz adlarını yazmalarını xahiş etdi. Sonra İnayəti, Elşadı və Fatehi yanına çağırdı, uşaqların köməyi ilə həmin şarları dəhlizə çıxardıb onları qarışdırdı.
Səbinə müəllim uşaqlara öz adları yazılmış şarları tapmaq üçün beş dəqiqə vaxt verdi. Uşaqlar şarları tapmağa cəhd etsələr də, onlarda heç nə alınmadı. Verilmiş müddət bitdi.
Müəllim başka üsula əl atdı. Şagirdlərə yanlarında olan şarları götürməyi və üstündəki adın sahibinə verməyi təklif etdi. Yenə beş dəqiqə vaxt verdi. Heç iki dəqiqə çəkməmiş şagirdlər tapşırığı yerinə yetirdilər. Hər şagird üstündə öz adı yazılmış şarı əldə etdi.
Müəllim şagirdlərə sual verdi:
- Niyə siz tapşırığı ikinci dəfə daha rahat yerinə yetirdiniz?
Şagirdlər müxtəlif cavablar verdilər. Müəllim onları dinləyib dedi:
- Uşaqlar, insan təkbaşına heç vaxt xoşbəxliyə nail ola bilməz. Əgər xoşbəxt olmaq istəyirsinizsə, onda bir-birinizə qayğı və məhəbbətlə yanaşın, bir-birinizlə əməkdaşlıq edin. Onda xoşbəxtliyi tez tapar, uğura nail olarsınız.
29.01.2022