Şeirlər

Xaqani Şirvani. Çayın tərifi

O böyük ölkənin kənarında mən,
Möhkəm bir yer gördüm, sanki bir gülşən.
Onun hər milində yüz Misir vardı,
Bu yerdə sanasan yüz Nil axardı.
Soruşdum: "İraqda Nil çayımı var?
Ya da Kuhistanda belə bir hasar?
"Dedilər: "Qorumaq üçün sultana,
Bir darğa etmişlər bu Kuhistanı
Bir xətər yetməsin deyə sultana,
Bu çaydan bir hasar çəkmişlər ona".
Bu çay öz suyuyla tapıb şərafət,
Ədən dəryasından yüksəlmiş, əlbət.
Gözəldir camalı yar camalından,
Hüsnü də nazından, xöş vüsalından.
İsa nəfəsindən gəlmişdir cana,
Adəm bu su ilə gəlmiş cahana.
Ona qul kimidir mühit dənizlər,
Ondan pay umaraq, yolunu gözlər.
Bir zərrə qədərdir yanında Seyhun,
Bir korun göz yaşı qədərdir Ceyhun.
Bu hüma üzlünün ördəyi, sən bil,
Simurğun özündən heç kiçik deyil.
Burada yüksələn hər bayquş səsi,
Olur qulaqlarda Barbəd nəğməsi.
Onun sularına baş vursan əgər,
Əlinə sədəflə mirvari gələr.
Balıq tutmaq üçün gələr Süleyman,
Onlan qızardar Məsihlə Rizvan.
Hər ləhzə bu çaydan sahilə tərəf,
Hücuma keçərlər balıqlar səf-səf.
Burada Xızr ilə Musa yuyunar,
Hər bir qətrəsində yüz min kövsər var.
Bu çaya baş vurdum mən də bir zaman,
Keçdim dalğasından, möhkəm hasardan.