Bu maraqlıdır!

Bizi əhatə edən əşyalar nədən hazırlanıb?

Bizi əhatə edən, görə bilmədiyimiz, hiss edə bildiyimiz (hissiyyat orqanlarımızın hiss edə bilmədiyi qazlar da daxil olmaqla) bütün cisimlər və əşyalar müəyyən yer tutur və çəkisi var. Bizi əhatə edən hər bir şey materiyadan ibarətdir. Materiya bizi əhatə edən aləmi yaradan hər şeydir. Materiya müəyyən bir yer tutur, ona görə də onun həcmi və çəkisi var. Hərdən “material” sözü işlədilir. Materiallar materiyanın müxtəlif formalarıdır. Materiallar bir-birindən fərqlənir, çünki onları yaradan materiyanın xüsusiyyətləri müxtəlifdir.