Zahid Xəlil. Ayı balası
Bir boz ayı balası
Çıxdı yaşıl təpəyə.
Gördü bal arıları
Düzülübdür pətəyə.
Yerdən bir daş götürüb
Atdı pətəyə sarı.
Ayı qəzəbləndirdi
Çalışqan arıları.
Cumub onu sancdılar
Qulağından, belindən.
Ayı zorla qurtardı
Arıların əlindən.