Bu maraqlıdır!

Suyu süni üsulla əldə etmək olarmı?

Biz suyu təbii halda okeanlarda, dənizlərdə, göllərdə, çaylarda və s. yerlərdə görürük. O, buludlardan yerə yağış şəklində düşür. Su təbii maddədir. O, iki qazın-hidrogen və oksigenin birləşməsindən ibarətdir. Suyun heç bir istehsalı yoxdur, onu təbiət bizə özü verir. Əlbəttə, kimya laboratoriyalarında suyu əldə etmək olar, ancaq çox az miqdarda. Laboratoriyada suyu əldə etmək üçün onun tərkibində olan iki qazı qarışdırır, onu çox yüksək temperatura qədər qızdırırlar və ya qığılcımdan istifadə edirlər. Bu proses sintez adlanır.