Nağıllar, hekayələr

Lev Tolstoy. Qurd və nənə

Ac qurd bir kəndə girib ov axtarırdı. Kəndin kənarındakı daxmada bir oğlanın ağladığını eşitdi. Qurd qulaqlarını geniş açıb dinləməyə başladı. 


Nənə uşağa deyirdi: "Ağlamağı dayandırmasan, səni qurda verəcəm!"


Qurd yerində dayanıb, heç bir yana tərpənmədi və oğlanın ona verilməsini gözlədi.


Artıq gecə düşdü; qurd isə hələ də gözləyirdi.... 


Nənənin səsi yenə eşidildi: "Ağlama bala, səni qurda vermərəm. Qurd gələn kimi onu birlikdə öldürərik!".


Qurd isə öz-özunə düşünüb deyindi: “Görünür, burada bir söz deyər,  amma tamam başqa cür hərəkət edərlər” və dərhal kənddən uzaqlaşıb getdi.