Bu maraqlıdır!

Dəniz suyu niyə duzludur?

Hamımız bilirik ki, dəniz suyu çox duzludur. Okeanlar və dənizlər yağış sularından, həmçinin vulkanların su buxarlarından əmələ gəlib. 


Yağış suları və su buxarları heç bir dada malik deyil. Ancaq dənizlərə tərkibində həll olmuş duzlar olan axan çaylar tökülür. Duzlar buxarlanmadığı üçün dənizlərdə suya duzlu dad verən çoxlu duz yığılır. Bu isə o deməkdir ki, dəniz suyu təmiz deyil, duz ilə qarışıqdır. Bu qarışıq şəffaf və eyni tərkiblidir, dadına baxmayana qədər təmiz sudan fərqini hiss etmək olmur. Belə qarışıq məhlul adlanır.