Zahid Xəlil. Sərçələrin nəğməsi
Dayanıbdır qoynunda
Qatar - qatar.
Cik - cirik.
Cik - cirik.
Yaşıl papaq
Çinarlar.
Cik - cirik,
Cik - cirik.
Uca boyu
Dəyir göyə.
Geniş qoynu
Yaşıl dəyə.
Yarpaqları
Yumşaq ipək,
Budaqları
Yorğan - döşək.
Cik - cirik,
Cik - cirik.
Göy çinarlar
Obamızdır.
Budaqları
Yuvamızdır.
Cik - cik edib
Obamızda,
Dincəlirik
Yuvamızda
Uçuşuruq
Uzaqlarda,
Yaşayırıq
Yaşıl - yaşıl
Otlaqlarda.
Cik - cirik,
Cik - cirik.