Şeirlər

Ağamehdi Hadi. Bizim küçə

Mən ölçmüşəm enini də,
boyunu da,
Keçirmisən
neçə igid toyunu da.
Neçə-neçə xatirələr
yatıb səndə,
Min bir kədər

batıb səndə.
Xatrədir o günlərin,
o illərin,
Vermə qəmli xəbər bizə,
Qismət elə
səadəti nübar bizə.
bizim küçə.
Hamı keçə
Bizim xoşbəxt küçəmizdən...
Hansımızdan,
neçəmizdən
Xoş xəbərlə böyümüsən.
Vüsalınla öyünmüsən.
Gör necə də işıqlıdır
bizim küçə.
Nolar gecə qaranlığı
 bəxş eləyib küçəmizə.
Acıqlanma gecəmizə.

Ay ki, göydən baxır sənə.
Nurlu şəfəq axır sənə.
Bəxtiyarsan bizim küçə.
Sinən üstə neçə-neçə
Xoşbəxt insan yaşadırsan.
Neçə arzu axıdırsan
ürəklərə.
Xoşbəxtsən ki,
xoşbəxtəm ki,
Sən olmusan bizim küçə.
Çox sevirəm küçəmizi.
Heç kəs bilmir bu sirri, yox!
Çox sevirəm onu, lap çox.
Bir o bilir,
bir məndədir,
Pıçıldarıq bir-birmizə.
Bütün küçə heyran olub
Bizim gizli sirrimizə.