Bu maraqlıdır!

Dərinin ayaqqabı istehsalı üçün hazırlanması

Heyvan dərisindən ayaqqabı tikməmişdən əvvəl dərini hazırlayırlar. əvvəlcə dərinin üstünü qaşıyıb təmizləyirlər. Sonra onu aşılamaq üçün silindrşəkilli çəlləyin içərisinə qoyur, çəlləyə su, duz əlavə edir və bir neçə gün belə saxlayırlar. Onu çıxartdıqda artıq istifadə üçün hazır dəri olur. Sonra hamar olması və quruması üçün dərini havası yaxşı dəyişən otaqda asırlar. Quruduqdan sonra onu xüsusi bıçaqlarla ayaqqabı tikilməsi üçün doğrayırlar. 

 

Parça-liflərin bir-birinə dolanaraq toxunmasından alınan materialdır. İnsan və heyvanların bədəni haqda danışanda dərini, əti, sümüyü. Sinirləri və s. əmələ gətirən liflərə “toxuma” deyirik.