Şeirlər

Əyyub Məmmədov. Balaca rəssam

Türkay şəkillər çəkir,
Rəngdən alır ilhamın.
Qələmi əldən düşmür,
İki yaşlı rəssamın.

 

Bir iş var ki, biləsiz,
Rəsmi çəkir divarda.
Nənəsi gülüb deyir,
Usta lazım ağarda.

 

Atasıyla bağçaya,
Getdi balaca rəssam.
Daha şəkli vərəqdə,
Çəkdi asanca rəssam.