Şeirlər

Nəbi Xəzri. Niyə daşmayır

Bağımıza girirəm, -

Yarpaqlar pıçıldaşır.

Kuklamı çimdirirəm,

Su qabda aşır-daşır.

 

Yollanırıq anamla

Biz dənizdə çimməyə.

Sahil dolub adamla,

Səs-küy ucalır göyə.

 

Heç bilmirəm nədəndir,

Ağlıma sığışmayır,

Bu qədər adam çimir,

Dəniz niyə daşmayır?