Şeirlər

Əliağa Kürçaylı. Təki sən səslə məni

Harda olsam gələrəm,
Təki sən səslə məni.
Darda olsam gələrəm,
Təki sən səslə məni.

 


Yaxın olsun, ya uzaq,
Dərə olsun, ya da dağ.
Məni kim saxlayacaq?
Təki sən səslə məni.

 


Sənsən eşqim, əməlim,
Gəlsə də bir gün ölüm,
Vermərəm can, a gülüm,
Təki sən səslə məni.

 


Yatmaram illər ilə 
Əsərəm yellər ilə
Gələrəm sellər ilə
Təki sən səslə məni.

 


Eşqə yurd isə sinəm
Qocalıq gəlsə, nə qəm
Dönərəm gəncləşərəm
Təki sən səslə məni...

 

Musiqi: Elza İbrahimova
İfa: Nəzakət Məmmədova