Nağıllar, hekayələr

Lev Tolstoy. Padşah və şahin

Bir gün bir padşah öz sevimli şahini ilə dovşan tutmaq üçün ova çıxdı. O, şahini dovşanın arxasınca buraxıb, özü isə at çapdı.


Şahin dovşanı tutdu. Padşah dovşanı şahinin iti caynaqlarından alıb,  içmək üçün su axtarmağa başladı. 


Padşah bir az getmişdi ki, bir quyunun içində su tapdı, amma su damcı-damcı damlayırdı. Padşah yəhərdən qab götürüb suyun altına qoydu. Su damcı-damcı axaraq kasanı doldurdu. Kasa dolunca padşah onu ağzına qaldırıb su içmək istəyirdi ki, birdən şahin padşahın əlində dövrə vuraraq və qanadlarını çırparaq, su dolu kasanı padşahın əlindən yerə saldı.

 

Padşah kasanı yenidən qaldırıb su damcılarının altına qoydu. Ağzı dolana qədər xeyli gözlədi. Ağzına gətirib içmək istəyirdi ki, şahin yenə çırpınaraq suyu padşahın əlindən yerə tökdü.


Padşah üçüncü dəfə dolu kasanı götürüb dodaqlarına çatdırmaq istəyəndə ki, şahineyni hərəkəti təkrarladı.


Padşah çox qəzəbləndi və var gücü ilə şahini daşa vurub öldürdü. Sonra padşahın nökərləri gəldilər və onlardan biri daha çox su tapmaq və  qabı ağzına kimi doldurmaq üçün bulağa tərəf yollandı. Yalnız nökər əli boş qayıdıb padşaha dedi:

 

“Bu suyu içmək olmaz: bulaqda ilan var və o, zəhərini suya buraxır. Nə yaxşı ki, şahin suyu əlinizdən yerə töküb. Bu su ölümünüzə səbəb ola bilərdi!"

 

Bu sözləri eşidən Padşah dedi:

 

“Mən şahinin haqqını pis verdim: o, mənim həyatımı xilas etdi, mən isə onu öldürdüm".