Bu maraqlıdır!

Sabun nədir?

Bu, bitki mənşəli yağlara və ya heyvan mənşəli piylərə qələvi mənşəli məhsullar olan kaustik soda və kalium-karbonat maddələrinin əlavə edilməsi ilə əmələ gətirilən kütlədir. 


Sabun suda həll olur, çirk və yağların təmizlənməsi üçün istifadə edilir. 


Sabun bir çox əsrlər əvvəl icad edilib. Onun hazırlanması qaydası hələ Qədim Misirdə və antik Şərq mədəniyyətlərində məlum idi.