Nağıllar, hekayələr

Yeriyən papaq

Ceyhunla Lalə oynayırdılar. Xallı pianonun yanında idi.

 

Bu zaman nə isə tappıltı ilə yerə düşdü.


Yerə düşən papaq idi.

 

Ceyhun papağı götürmək istədi. Əlini uzadanda papaq yeriməyə başladı. Uşaqlar çox qorxdular. İlk dəfə idi ki, yeriyən papaq görürdülər.

 

Ceyhun qorxa-qorxa papağı qaldırdı. Papağın altındakı Xallı idi.