Bu maraqlıdır!

Şüşəni nədən hazırlayırlar?

Şüşə ən çox istifadə edilən materiallardan biridir. O, möhkəm və ağırdır. Onu kəsmək çətindir, amma tez sına bilir, ona görə ki kövrəkdir. Ancaq şüşənin istifadəsində əsas səbəb onun şəffaf olmasıdır. Hazırda şüşəni qum, laksium karbonat və əhəng daşının qarışığından alırlar. 


Şüşəni istehsal etmək üçün inqrediyentləri qarışdıraraq temperaturu 1400-1500 C olan sobaya yerləşdirirlər. Bu temperaturda həmin qarışıq əriyir və demək olar ki, mayeşəkilli kütləyə çevrilir. Həmin kütlə soyuduqdan sonra şüşə alınır.