Şeirlər

Gəray Fəzli. Gənc səyyahlar

Hər keçiddə ayaq saxla

Asta-asta qalx bu dağı.

O qartala baxıb öyrən,

Yavaş-yavaş ucalmağı.

Dağda, daşda yorulanda

Unutma gəl sən bir an da,

Bu torpaqdan güc almağı.