Şeirlər

Aslan Aslanov. Dəniz

Dəniz, dəniz, göy dəniz,
Hava təmiz, göy təmiz.
Narın qumlar üstündə
Əks olunur kölgəmiz.

Dalğaların sərindir, sərindir;
Çox üzmərik dərindir, dərindir.

 


Dəniz, dəniz, göy dəniz,
Çox sevirik səni biz,
Çimdikcə qucağında
Bərkiyir bədənimiz.
Dalğaların sərindir, sərindir;
Çox üzmərik dərindir, dərindir.

 


Dəniz, dəniz, göy dəniz.
Hava təmiz, göy təmiz.
İndi bizi gözləyir
Məktəbli düşərgəmiz.
Dalğaların sərindir, sərindir;
Çox üzmərik dərindir, dərindir.