Bu maraqlıdır!

Buludlar nədən ibarətdir?

Buludlar su buxarının toplantısından ibarətdir. Su buxarları dəniz, çay, göl və s. üzərində suyun buxarlanması nəticəsində və həmçinin bitkilərin yarpağından və canlıların nəfəs almasından əmələ gəlmiş kiçicik damcılardan ibarətdir. 


Suyun kiçik damcılarının çəkisi çox azdır və hava onu qaldırıb özü ilə apara bilir. Atmosferin temperaturu aşağı düşdükcə bu balaca damcılar birləşərək böyük damcılar əmələ gətirir. Onların çəkisi ağırlaşdıqdan sonra hava onları saxlaya bilmir, nəticədə onlar yağış, qar və ya dolu şəklində yerə düşür.