Şeirlər

Nəbi Xəzri. Payız düşüncələri

Ellərə car çəkən payızın səsi

Düzlərə sərt əsən küləklərdədir.

Mehriban baharın isti nəfəsi

Ancaq ürəklərdə, ürəklərdədir.

 

Dağ susur, yüksəlir aranın səsi

Yığılmış pambıqlar qar tayasıdır.

Qatardan ayrılmış durnanın səsi,

Köç etmiş baharın son nidasıdır.