Bu maraqlıdır!

Beyin çoxmu enerji tələb edir?

Həyat enerjisinin böyük hissəsini beyin sərf edir. Beyin bədənə nəzarət edən mərkəzdir. Orda bütün hissiyyat üzvlərindən göndərilən məlumatlar toplanır, orqanizmin kənardan gələn siqnallara verəcəyi cavabı hazırlanır, yerinə yetirilməsinə əmrlər verilir. Öyrənmə prosesi gedir və başqa bir çox işlər görülür. Bütün bu böyük işlər çoxlu enerji tələb edir. 


Təcrübələr göstərir ki, böyük adamın 1,5 kq çəkidə olan beyni insan orqanizminə lazım olan enerjinin beşdəbir hissəsini istifadə edir.