Günəş öz enerjisini haradan alır?
Günəş böyük tonqala bənzəyir, onun yanması çox yüksək temperaturlu qazların, əsasən, hidrogen və heliumun köməkliyi ilə olur.
Yer kürəsi günəş enerjisini 4600 milyon ildir alır. XX əsrə qədər alimlər heç cürə izah edə bilmirdilər ki, niyə Günəş böyük tonqal kimi dayanmadan yansa da, öz yanacaq ehtiyatını yandırıb qurtarmayıb. Elm bu sualın cavabını yalnız XX əsrin əvvəlində tapdı.
Günəş öz enerjisini atom sintezi adlanan proses nəticəsində alır. Bu proses ondan ibarətdir ki, hidrogen atomları birləşərək helium atomu əmələ gətirir. Bu birləşmə zamanı o qədər çox böyük enerji alınır ki, Günəş həmin enerjini milyon illər ərzində Yer kürəsinə və başqa planetlərə göndərməyə imkan tapır və bu hələ uzun müddət davam edəcək.
17.02.2022